Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi

Tarix :
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ali Məhkəmədə dələduzluq və rüşvət verməyə təhrik etməkdə ittiham olunan Namiq Həsənovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Belə ki, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 min manat cərimə cəzası verilib. Bu hökmdən dövlət ittihamçı narazı qalıb apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Namiq Həsənov 4 il 4 ay 11 gün müddətinə azadlıqdan məhrum edilib və o, həbs olunub. Daha sonra məgkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
 
İttihama görə, Namiq Həsənov 26 yanvar 2016-cı ildən 15 avqust 2017-ci il tarixədək “Viator Mikrokredit Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) problemli kreditlər üzrə departament müdiri vəzifəsində çalışıb.
 
O, 01 fevral 2016-cı il tarixli vəzifə təlimatına əsasə, Cəmiyyətin filiallarından kredit götürüb kredit ödənişlərini gecikdirən müştərilərlə ödəmələrin həyata keçirilməsi üçün profilaktiki söhbətlər aparmağa və gecikdirilmiş kreditlərin ödənilməsini təşkil etməyə məsul vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib.
Belə ki, Namiq Həsənov bu məqsədilə MMC-nin Şəki filialının problemli kreditlər üzrə mütəxəssisi Qalib Ağayevə (şərti) müştərilərdən birinin onun barəsində şikayət ərizəsi yazıb Qəbələ Rayon Prokurorluğuna göndərməsi haqqında yalan məlumat verərək inandırıb. O, filial əməkdaşına araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə həll edəcəcini deyib və Qalib Ağayevdən 1000 ABŞ dolları alıb.
 
Bundan başqa, Namiq Həsənov BOKT-nın Şəki filialının digər iki əmədaşına da eyni sözləri deyərək hərəsindən 500 manat pul alıb.
 
Beləliklə o, həmin şəxsləri rüşvət verməyə təhrik edib.
 
Bank olmayan kredit təşkilatının əməkdaşlarının şikayəti əsasında saxlanılan Namiq Həsənov barəsində dələduzluq və rüşvət verməyə təhrik etmə maddəsi ilə ittiham irəli sürülüb.