
Ermənistanda deputat həbs edilib.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə müxalifətin "Ümumxalq Komitəsi" məlumat yayıb.
Bildirilib ki, paytaxt İrəvanda keçirilən itaətsizlik aksiyaları zamanı parlamentari Tadevos Avetisyan həbs olunub.
O, parlamentin “Hayastan” müxalifət fraksiyasının deputatıdır.
