
İtalyada Kosa Nostra mafi qrupunun liderlərindən biri Messina Denaro ölüb.
Xarici mətbuat xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra İtaliyadakı həbsxanada 63 yaşında vəfat edib.
Denaro 2020-ci ilin sonunda ona diaqnoz qoyulan yoğun bağırsaq xərçənginin ağır formasından əziyyət çəkib.
Bu ilin yanvarında tutularaq həbsxanaya salındıqdan sonra o, həbsxana xəstəxanasında müalicə alıb və iki dəfə əməliyyat olunub.
