Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranlı aktrisa hicabsız şəkil çəkdirdi

Tarix :
İranlı aktrisa hicabsız şəkil çəkdirdi

İranda hökumətə qarşı genişlənən etirazlara dəstək olaraq tanınmış aktrisa Təranə Əlidosti hicabsız şəklini yayıb. O, əlində “Qadın. Həyat. Azadlıq” yazılmış plakat tutub.
Əlidosti 2016-cı ildə Oskar mükafatına layiq görülmüş, Əsgər Fərhadinin çəkdiyi “Satıcı” filminin ulduzudur.
Onun sosial mediada fotosu yayılandan sonra daha iki aktrisa, Xəzər Məsumi və Dünya Mədəni də hicabsız fotolarını paylaşıblar.
Bütün bunlar hökumətə qarşı həftələrdir davam edən etirazlar fonunda baş verir. Sentyabrın 16-da Məhsa Əmininin ölümündən sonra ölkəni 1979-cu il İslam İnqilabından bəri ən böyük iğtişaşlardan biri bürüyüb. Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Şahidlər onun saxlananda döyüldüyünü deyirlər.