Marian çökəkliyində virus aşkarlandı

Tarix :
Marian çökəkliyində virus aşkarlandı

Dünyanın ən dərin Marian çökəkliyində dəniz virusu aşkar edilib.
Virus Çin və Avstraliya alimləri tərəfindən aşkarlanıb.  Yeni virusa vB_HmeY_H4907 adını veriblər.
Tədqiqatın həmmüəllifi, Çinin Okean Universitetinin virusoloqu Minq Vanqın sözlərinə görə, vB_HmeY_H4907 dənizin dibindən təxminən 9000 metr dərinlikdə qaldırılan çöküntülərdə tapılıb. Alimlər genetik analiz aparıblar və aşkar ediblər ki, virus dünya okeanlarında geniş yayılmış, əvvəllər naməlum Suviridae viruslar ailəsinin bir hissəsidir.