Kiyevdə silsilə partlayışlar baş verdi

Tarix :
Kiyevdə silsilə partlayışlar baş verdi

Ukraynanın paytaxtı Kiyevdə silsilə partlayışlar baş verib.
Xarici KİV xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb. 
"Səhər saat 6-dan etibarən şəhərdə, əsasən, cənub-şərq istiqamətində silsilə partlayış səsləri eşidilir. Raket təhlükəsi var. Sığınacaqlarda qalın",-  rəhbər vurğulayıb.  
Hazırda Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib.