Bələdiyyə sədrinə "stop" qoyuldu

access_time19-09-2023, 18:27 visibility8 categoryXəbərlər
Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, bələdiyyə sədri Alıyev Nurəddin Vəliş oğlunun ölkədən çıxışına "stop” qoyulmasının səbəb İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 8899,8 manat, İşsizlikdən Sığorta Fonduna 257,54 manat, İcbari Tibbi Sığorta Fonduna 1014 manat məbləğində borcun ödəməməsidir. 


Məhkəmənin qərarı ilə, Nurəddin Alıyevin ölkədən getmək hüququ vergi borcunu ödəyənədək məhdudlaşdırılıb.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş