Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Ermənilər kimlərəsə ümid bəsləyib və ondan kömək gözləyirlər“ - DEPUTAT ŞƏRH ETDİ

Tarix :
“Ermənilər kimlərəsə ümid bəsləyib və ondan kömək gözləyirlər“ - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəfər gününün ikinci ildönümü ilə bağlı Şuşada hərbiçilər qarşısında çıxışı zamanı bir sıra postmüharibə dövrünün prosesləri ilə bağlı məsələlərə aydınlıq gətirdi, müvafiq qiymətləndirmələr apardı”. Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin bu çıxışında ən mühüm tezislərdən biri onunla bağlı idi ki, Ermənistan İkinci Qarabağ müharibəsindən dərs almalı, nəticə çıxarmalı eyni zamanda bu ilin Fərrux əməliyyatı, 12-14 sentyabr hadisələri və bunun nəticəsi olaraq aldığı zərbədən dərs almalıdır: “Ermənilər gedib öz işləri ilə məşğul olsunlar, boyunlarını büküb öz daxili məsələləri ilə məşğul olsunlar, Azərbaycana qarşı birdəfəlik ərazi iddialarından əl çəksinlər. Bu baş verərsə, belə olan vəziyyətdə yenə də dəmir yumruğu başları üzərində hiss edəcəklər. Bu qədər sadə bir həqiqət var və bunu heç zaman Ermənistan unutmasın”.
Deputat sözlərinə belə davam edib: “Cənab Prezidentin bu çıxışında Rusiya sülhməramlıları ilə bağlı məsələyə də aydınlıq gətirildi. Çünki bu məsələ ətrafında bu günləri həm Ermənistanda, eyni zamanda elə Azərbaycanın özündə də bir sıra anti-milli ünsürlər manipulyasiya ilə məşğuldurlar, ictimai fikri çaşdırmaq istəyirlər. Ermənistan baş naziri qeyd edir ki, Rusiya sülhməramlılarının Qarabağdakı onların dislokasiya müddətini 15-20 ilə qədər uzadılmasının tərəfdarıdırlar və istənilən anda buna imza atmağa hazırdırlar. Bu ermənilər üçün xülyadır.
Cənab İlham Əliyevin Şuşada verdiyi bəyanat onların bütün bu siyasi hoqqabazlığının üstündən xətt çəkdi, onları tərksilah etdi və cənab Prezident söylədi ki, rus sülhməramlı qüvvələrin Qarabağda dislokasiya müddəti bəllidir, təbii ki o 5 il müddətdir və həmin müddətdə də onlar fəaliyyət göstərəcəklər. Ondan artıq fəaliyyət yoxdur. Ermənilər kimlərəsə ümid bəsləyib və ondan kömək gözləyirlər. Bu onlar üçün növbəti faciə ilə nəticələnəcək. Yəni, ermənilərə mesaj göndərdi ki, siz rus sülhməramlı qüvvələrin daha 15- 20 il Qarabağda fəaliyyət göstərməsi ilə bağlı xülyalarla yaşamayın. Bu qeyri realdır. 2020-ci il 10 noyabr müddətində onların fəaliyyət müddəti 5 il göstərilib və 5 il tamam olan kimi də bu fəaliyyətə xitam veriləcək. Yəni, bu reallığı dərk edin, düşünün və çıxış yolu tapın. Çıxış yolu isə Azərbaycanla əməkdaşlıq, postmüharibə dövrünün həllini gözləyən məsələlər ilə bağlı konkret əməli addımlar atmaq yoludur. Ermənistan bunu nə qədər tez dərk etsə bir o qədər onun üçün yaxşı olacaq”.