Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Şamaxı” “Sumqayıt”ı 4 qolla məğlub etdi

Tarix :
“Şamaxı” “Sumqayıt”ı 4 qolla məğlub etdi

Bu gün Misli Premyer Liqasında 14-cü tura start verilib
İlk oyun günündə 1 matç keçirilib. Turnir cədvəlinin autsayderlərinin oyununda "Şamaxı" "Sumqayıt"ı qəbul edib. 6 qolun vurulduğu görüşdə meydan sahibləri qalib gəlib - 4:2.
Qeyd edək ki, tura şənbə və bazar günü keçiriləcək ümumilikdə 4 oyunla yekun vurulacaq.
11 noyabr (cümə)
14:30. “Şamaxı” – “Sumqayıt” - 4:2 
Qol: Rövşən Şahmuradov, 8 (1:0), Vüsal İsgəndərli, 14 (1:1), Nihad Quliyev, 33 (2:1), Kamran Quliyev, 62 (3:1), 66 (4:1), Rüfət Abdullazadə, 69 (4:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Şamaxı şəhər stadionu
12 noyabr (şənbə)
16:00. “Zirə” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
18:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
“Bakcell Arena”
13 noyabr (bazar)
14:30.“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Gəncə şəhər stadionu
17:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
“Bank Respublika Arena”