Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Zelenski generallarla iclas keçirdi

Tarix :
Zelenski generallarla iclas keçirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandanlıq Qərargahının növbəti iclasını keçirib. 
Bu barədə Zelenski "Telegram"da bildirib. 
Məlumata görə, iclasda cəbhədəki vəziyyət müzakirə olunub: "Cəbhə xəttində, xüsusən də cəbhənin Cənub istiqamətində vəziyyətlə bağlı məruzələri dinlədik. Biz torpaqlarımızı işğalçılardan azad etməkdə davam edirik". 
İclasda həmçinin bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə vəziyyətin sabitləşdirilməsi üçün prioritet tədbirlər müəyyən edilib. Prezident vurğulayıb ki, xalqa dinc həyat qayıtmalıdır, onlar bunu çoxdan gözləyirlər.