Güləşçimiz dünya çempionatının yarımfinalına YÜKSƏLDİ

access_time18-09-2023, 18:10 visibility10 categoryXəbərlər
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finaldan başlayaraq, bu raunda qədər bütün rəqiblərinə qalib gəlib.
O, 1/4 finalda almaniyalı Erik Tileni “tuş”la məğlub edib.
Hacı Əliyev (65 kq) və qadın güləşçi Alyona Kolesnik (59 kq) isə 1/4 finalda rəqiblərinə uduzublar.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş