Sabunçuda 12 min manatlıq mühərrik oğurlandı

access_time18-09-2023, 11:58 visibility2 categoryXəbərlər
Bakının Sabunçu rayonunda oğurluq olub.
DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-na keçən gecə Bakı şəhər sakini S.Şabanova məxsus beton kəsən aparatın 12000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Sərxan Müslümov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş