Çində Nazirlər Kabineti kimi fəaliyyət göstərən Dövlət Şurasının bu gün verdiyi açıqlamada sərt karantin tədbirlərinin yumşaldılacağı bildirilib. Yeni qaydalara əsasən yaxın təmasda olanlar və xaricdən gələnlər üçün mərkəzi karantin tələbi 7 gündən 5 günə endirilib. Mərkəzi karantindən sonra 3 günlük ev karantini öhdəliyi götürülmədi. Digər tərəfdən, Covid-19 hadisəsini ölkəyə gətirən aviaşirkətləri cəzalandıran 'dövlət açarı' mexanizminin ləğv edildiyi açıqlandı.