Çin Tayvana rekord sayda hərbi təyyarə göndərib

Tarix :
Çin Tayvana rekord sayda hərbi təyyarə göndərib

Çin 24 saat ərzində Tayvana 103 hərbi təyyarə göndərib.
APA xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, təyyarələr bazar günü səhər saat 6-dan bazar ertəsi səhər saat 6-ya kimi aşkar edilib. Onların Tayvana çatmamış geri döndükləri dəqiqləşdirilir.
Departament onu da bildirib ki, ada yaxınlığında Çin təyyarələrinin sayı son vaxtlar rekord həddə çatıb.