Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda kişi həkimin vurduğu iynədən ÖLDÜ

Tarix :
Azərbaycanda kişi həkimin vurduğu iynədən ÖLDÜ

Ağsu rayon sakini həkimin vurduğu iynədən sonra vəfat edib.
Bu barədə onun qohumları məlumat verib.
Bildirilib ki, Rafiq Eminov bu gün səhər boğazında yaranan problemlə bağlı Ağsu rayon Mərkəzi Xəstəxanasına gedib. Həkimin vurduğu iynə onu şoka salıb, bundan sonra sözügedən şəxs dünyasını dəyişib. 
Hazırda meyit müayinə olunur. Polis hadisə ilə bağlı araşdırma aparır. 
Qeyd edək ki, qohumları mərhumun dünən sağlam vəziyyətdə nəvəsinin toyunda iştirak etdiyini bildirib.