Britaniya “Vaqner”i terror təşkilatı elan etdi

Tarix :
Britaniya “Vaqner”i terror təşkilatı elan etdi

Böyük Britaniya “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edib.
Bu barədə məlumatı Britaniyanın Daxili İşlər Nazirliyi yayıb. 
Məlumata görə, şirkətə üzv olmaq və yaxud onun fəal dəstəklənməsi Böyük Britaniyada cinayət hesab olunacaq və buna görə 14 ilə qədər həbs cəzası təyin edilə bilər.