Rusiyada cinayətkar qrupun lideri ömürlük həbs edildi

Tarix :
Rusiyada cinayətkar qrupun lideri ömürlük həbs edildi

Cənub Dairə Hərbi Məhkəməsi Rusiyanın ən böyük qatil qruplarından birinin lideri  Aslan Qaqiyevi (Cako) ömürlük həbs cəzasına məhkum edib.  
Bu barədə "RİA Novosti" məlumat yayıb. 
Qaqiyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Cinayətkar birlik yaratmaq və idarə etmək”, “Sabit silahlı dəstə (bandanın) yaradılması və idarə edilməsi”, “Ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmək, banditizmlə əlaqəli mütəşəkkil dəstə yaratmaqda” təqsirli bilinib.