Rusiya Ermənistandan bu məhsulun idxalına qadağa qoydu

Tarix :
Rusiya Ermənistandan bu məhsulun idxalına qadağa qoydu

Rusiya Ermənistandan yerkökü toxumlarının idxalına qadağa qoyub.

Bu barədə ölkənin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

“Sentyabrın 11-dən Ermənistandan yerkökü toxumunun idxalı həm Rusiya, həm də Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr üçün “zebra çipi”nin patogeninin aşkarlanması ilə əlaqədar qadağan ediləcək”, - məlumatda deyilib.