Atasını bıçaqlayan oğula bu qədər cəza verildi

Tarix :
Atasını bıçaqlayan oğula bu qədər cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda təqsirləndirilən Emin Yuri oğlu Mahmudovun məhkəmə prosesi başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmə istintaqı başa çatdıqdan sonra dövlət ittihamçısına söz verilib. Prokuror Emin Mahmudovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Sonda nəticəyə əsasən, hakim Emin Mahmudovu 6 il azadlıqdan məhrum edilməsi barədə qərar verib.