Türkiyədə məktəbə telefon gətirmək qadağan edildi

Tarix :
Türkiyədə məktəbə telefon gətirmək qadağan edildi

Türkiyədə məktəbə telefonla gəlmək qadağan edilib.
Bu barədə məlumatı ölkənin milli təhsil naziri Yusuf Tekin açıqlayıb.
Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təhvil verməlidirlər:
“Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik. Eyni şəkildə müəllimlərimiz də pis nümunə olmamaq üçün sinifə telefonla girməməlidir”, - deyə o bildirib.