
Edqars Skuja Latviyanın Azərbaycana yeni səfiri təyin edilib.
Bu barədə Latviya Xarici İşlər Nazirliyindən xəbər verilib.
Bildirilir ki, E.Skuja indiyədək Latviyanı BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda, həmçinin Avstriya, Estoniya və Rusiyada təmsil edib.
Qeyd edək ki, yeni səfir bu vəzifədə Daynis Qarançsi əvəz edib.
