Sel suları metronu basdı, vətəndaşlar böyük şok yaşadı

Tarix :
Sel suları metronu basdı, vətəndaşlar böyük şok yaşadı

İspaniyanın paytaxtı Madriddə gecə yarısı təsirini artıran leysan yağış nəqliyyatda ciddi problemlərə səbəb olub.
 
Xarici media xəbər verir ki, güclü yağışlar səbəbindən bir çox metro stansiyaları və marşrut xətləri su altında qalıb.
Beləki, vətəndaşlar leysan sularının Madrid metrosuna və vaqonlara dolduğunu sübut edən görüntüləri mobil telefonla lentə alıblar.         
Madrid metrosunda dayanacaqlar arasında nəqliyyat tamamilə kəsilib. San Isidro körpüsünün yanındakı Manzanares yaxınlığındakı magistral yolun çıxışı güclü su yığılması səbəbindən nəqliyyata bağlanıb.