Mövqelərimiz minaatanlardan atəşə tutuldu - Ordumuz cavab tədbirləri gördü

access_time2-09-2023, 11:46 visibility8 categoryXəbərlər / Manşet
Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş