Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada koronavirusa qarşı "Ambervin" adlı dərman qeydiyyata alındı

Tarix :
Rusiyada koronavirusa qarşı "Ambervin" adlı dərman qeydiyyata alındı


Rusiya Federasiyasının Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün yeni bir dərman olan "Ambervin" qeydiyyata alıb.
Bu barədə TASS məlumat yayıb.
"Ağciyərlərin viral zədələnməsinin kompleks terapiyasının bir hissəsi kimi orta ağırlıqda olan yeni koronavirus infeksiyasının müalicəsi üçün nəzərdə tutulub", - deyə qeyd olunub.
Dərman “Promomed” şirkəti tərəfindən hazırlanıb. Əzələdaxili və inhalyasiya yolu ilə istifadə olunur.