
İranda məhbus intihar edib.
Bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bildirilir ki, avqustun 29-da Kərəc şəhərinin Qızılhisar zindanında məhbus dərman içərək canına qəsd edib.
Qeyd edək ki, məhkum dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
