Azərbaycanlı bloqer izləyicisinə 50 milyonluq “Rolls-Royc” bağışlayacaq

Tarix :
Azərbaycanlı bloqer izləyicisinə 50 milyonluq “Rolls-Royc” bağışlayacaq

Rusiyada yaşayan  və izləyicilərinə verdiyi qiymətli hədiyyələrlə məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov verdiyi açıqlama ilə gündəmə gəlib.
O, öz sosial şəbəkə hesabında Dubaydan aldığı qırmızı rəngli, özünə məxsus lüks “Cullinan - Rolls-Royce” markalı avtomobilini bu gün bir nəfərə hədiyyə verəcəyini deyib. 
O həmin maşının qiymətinin 50 milyon rubl (882 min manat) olduğunu deyib. Lakin Hüseyn az qala milyon manata yaxən qiyməti  olan avtomobili kimə bağışlayacağını söyləməyib.