Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İran vətəndaşları Ermənistanda qəzaya düşdü, 2 yaralı

Tarix :
İran vətəndaşları Ermənistanda qəzaya düşdü, 2 yaralı

İran vətəndaşları Ermənistanda avtomobil qəzasına düşüb.
“News.am” xəbər verir ki, qəza noyabrın 10-u axşam saatlarında Sisian-İrəvan avtomobil yolunda baş verib.
Məlumata görə, “Volvo” markalı yük avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşıb. 
Nəticədə iranlı sürücü və sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda sürücünün vəziyyəti orta ağır, sərnişinin vəziyyəti isə qənaətbəxş hesab olunur.