
Misirin Luksor şəhərində "Tivoli Nil" kruiz gəmisi batıb.
Qəza nəticəsində iki ekipaj üzvündən biri ölüb, digəri isə itkin düşüb.
Luksor qubernatoru Mostafa Alham verdiyi açıqlamada kruiz gəmisinin 2010-cu ildən bəri xidmətdən çıxdığını və qış turizmi üçün saxlanıldığını bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
