Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda qəza zamanı komaya düşən tələbə ölüb

Tarix :
Bakıda qəza zamanı komaya düşən tələbə ölüb

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.
Apa xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib.
S.Mustafazadə açıq kəllə-beyin travması və bədənin çoxsaylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
19 yaşlı piyada Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.