Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Təhlükənin adı sarı qızdırma: 15 nəfər ölüb

Tarix :
Təhlükənin adı sarı qızdırma: 15 nəfər ölüb

Nigeriyada sentyabrın 30-dan bəri sarı qızdırmadan 15 nəfər ölüb.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, sarı qızdırma epidemiyasının ölkənin 36 əyalətinin 463 bölgəsinə yayıldığı bildirilib.
Açıqlamada bildirilib ki, bu rayonlarda sentyabrın 30-dan indiyədək 1601 sarı qızdırma hadisəsi aşkarlanıb, epidemiya səbəbindən 15 nəfər dünyasını dəyişib. Hökumətin epidemiya ilə bağlı tədbir gördüyü və sağlamlıq mərkəzlərinə sərbəst nəzarətin başladığı paylaşılıb. Nigeriya hökuməti 12 sentyabr 2017-ci ildən epidemiya ilə mübarizə aparır.
Xəstəliyin simptomlarına yüksək hərarət, baş və əzələ ağrıları, ürəkbulanma, zəiflik və sarı gözlər daxildir.