
Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 9-da Suraxanı rayonu Bülbülə qəsəbəsindəki evlərdən birinin həyətindən 15000 manat dəyərində samovar və qazan oğurlanıb.
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini İ.Sultanov müəyyən olunaraq saxlanılıb.
