Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Arxa çirkab su axıdanlar cəzalandırıldı

Tarix :
Arxa çirkab su axıdanlar cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Beyləqan rayonunun Mayak qəsəbəsində və Əlinəzərli kəndində mal-qara tövləsində və sanitar qovşaqlarda formalaşan çirkab suların  kənd ərazisindən keçən suvarma arxına və drenaj kanalına axıdılması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı Beyləqan rayon sakinləri Möhüddin Əliyev, Amil Bayramov, Zamin Əliyev, Sənan Məhərrəmov və Səidə İsmayılova barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb.