Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Abşeronda ev və "Land Rover" yanıb

Tarix :
Abşeronda ev və "Land Rover" yanıb

Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın olub.
Bu barədə FHN-dən bildirilib.
Ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m ²) olan, ikimərtəbəli, 4 otaqlı evin pilləkən qəfəsinin taxta üzlüyü 3 m² sahədə, 12 ədəd qoruyucu açar və elektrik kabelləri 2 p.m, bitişik ümumi sahəsi 70 m² talvarın taxta atmaları 40 m² sahədə və altında dayanan "Land Rover" markalı minik avtomobilinin mühərrik və ön hissəsi yanıb. Evin, talvarın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.