
Qaxa istirahətə gedən 31 yaşlı kişi intihar edib.
Hadisə bu gün saat 11 radələrində rayonun İlisu kəndində çay kənarında baş verib. 1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Rövşən oğlu Mürsəlovun meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı T. Mürsəlovun intihar etdiyi məlum olub.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
