Məktəb gözətçisinə HÜCUM: Zor tətbiq edib...

Tarix :
Məktəb gözətçisinə HÜCUM: Zor tətbiq edib...

Avqustun 12-də Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.