Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Çində deflyasiya başladı - İqtisadi bərpa dayandı

Tarix :
Çində deflyasiya başladı - İqtisadi bərpa dayandı

Dünya inflyasiyadan şikayətlənərkən, Çin iqtisadiyyatı iyul ayından etibarən deflyasiyaya girib.
 
Xarici media xəbər verir ki, Çində istehlak qiymətləri ötən ilin iyul ayına nisbətən 0,3 faiz azalarkən, istehsalçı qiymətlərində 4,4 faiz gərginlik yaşanıb. Bu inkişaflar həm istehlakın, həm də istehsalın əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Qeyd edık ki, Çin iqtisadiyyatı pandemiyadan gözlənildiyindən daha çox zərər çəkib. Bu ilin ilk iki rübündə artım tempi ötən illə müqayisədə cəmi 0,8 faiz yüksək olub. Böyük rəqəmlərə öyrəşmiş Çin iqtisadiyyatı üçün bu, fəlakət deməkdir.
Ekspertlərin fikrincə, gücü artımından qaynaqlanan Çin iqtisadiyyatında deflyasiyanın müxtəlif səbəbləri var. Bunlardan başlıcası, pandemiya dövründə böhranı idarə edə bilməyən hökumətə inamsızlıqdır. Çindəki geosiyasi gərginlik də istehlakçıların və biznesin inamını aşağı salıb. Tikinti sektorundakı böyük böhran da ölkədəki iqtisadi vəziyyətin ən mühüm səbəblərindən biri kimi qiymətləndirilir.