
Türkiyəli müğənni İbrahim Tatlısəs 6-cı dəfə evlənə biləcəyini açıqlayıb.
Bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib.
Müğənni yazıb: "Hər an sürpriz evlilik edə bilərəm, bu, çox da uzaqda deyil. Təklik yalnız Allaha məxsusdur, tək yaşamağı sevmirəm. Təbii ki, ətrafım, təbii ki qələbəlikdir, amma istirahət etmək istəyirəm".
Qeyd edək ki, 71 yaşlı İ. Tatlısəs bundan öncə 5 dəfə ailə həyatı qurub.
