Rusiya Aya missiya göndərdi - 47 il sonra

Tarix :
Rusiya Aya missiya göndərdi - 47 il sonra

Rusiya 47 ildən sonra ilk dəfə Aya missiya göndərib.
“İnterfaks” xəbər verir ki, “Soyuz-2.16” raketi “Luna-25” planetlərarası stansiyası ilə “Vostoçnıy” kosmodromundan start götürüb. 
Proqrama əsasən, stansiyanın uçuşu 5 sutka davam edəcək. 
Cihaz təyinat nöqtəsində yerə endikdən sonra “Luna-25” stansiyası öz missiyasına başlayacaq ki, bunun da 1 il davam edəcəyi gözlənilir. 
Qeyd edək ki, Aya göndərilən missiya Rusiyanın müasir tarixində ilk belə hadisədir. Sovet dövründə daha əvvəlki “Luna-24” stansiyası 1976-cı ildə göndərilib.