Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Siyaqut kəndi yaxınlığındakı qəzada yük və minik avtomobilləri toqquşub. Daha sonra yük maşını aşıb.
Əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.


