Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanlı deputat 15 nəfərin ölümünə görə SAXLANILDI

Tarix :
Azərbaycanlı deputat 15 nəfərin ölümünə görə SAXLANILDI

Rusiyanın Kostroma şəhərində 15 nəfərin faciəvi şəkildə öldüyü “Poliqon” kafesindəki yanğına görə obyektin azərbaycanlı sahibi İxtiyar Mirzəyev saxlanılıb.
TASS xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
İxtiyar Mirzəyev Cinayət Məcəlləsinin “yanğın təhlükəsizliyinin pozulması iki və daha çox insanın ölümünə səbəb olduqda” maddəsi üzrə saxlanılıb.
Qeyd edək ki, ötən həftə Kostroma şəhərində yerləşən “Poliqon” kafesində dəhşətli yanğın olub. Hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı hərbi qulluqçu Stanislav İonkin həbs edilib. 
İstintaqla məlum olub ki, kafenin müştəriləri arasında qalmaqal yaranıb və nəticədə İonkin atəş açıb. Bundan sonra obyektdə güclü yanğın başlayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 49 nəfər müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib.
Xatırladaq ki, “Poliqon” kafesinin sahibi Kostroma vilayət dumasının deputatı İxtiyar Mirzəyevdir.