Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Gündə 5 ədəd yeməyiniz yetər

Tarix :
Gündə 5 ədəd yeməyiniz yetər

50 yaşdan yuxarı qadınlarda sümüklərin sıxlığını itirdiyi və daha kövrəkləşdiyi bir vəziyyət yaranır.
 
Aparılan araşdırmalara görə gündə 5-6 quru gavalı yemək omba nahiyəsində sümük itkisinin qarşısını alır.
Sümük sıxlığının azalması hər yaşda baş verə bilər, lakin yaşlılarda daha çox rast gəlinir. Xüsusilə, 50 yaşdan yuxarı qadınların yarısında osteoporoz səbəbiylə sınıq riski artır. Kişilər üçün bu nisbət 25% təşkil edir.

Mövzu ilə bağlı bəzi araşdırmalar iltihab əlamətləri ilə sümük itkisi arasındakı əlaqəni ortaya qoyur. İltihab səviyyəsi nə qədər yüksək olarsa, sümük sağlamlığı bir o qədər pis olar. İltihab xüsusilə menopozdan sonra sümük itkisi üçün əhəmiyyətli bir risk faktorudur.
Tədqiqatçılar gavalı istehlakı ilə sümük sağlamlığı arasında əlaqə olduğunu ortaya qoydular. Buna uyğun olaraq gündə cəmi 5-6 quru gavalı yemək ən çox yaşlıları narahat edən omba nahiyəsində sümük əriməsinin qarşısını alır. Gavalı yeyənlər yeməyənlərlə müqayisədə omba sınıqlarının artması riskindən qorunur.
Gavalı bor, kalsium, kalium, mis, vitamin D, maqnezium,  və K vitamini kimi sümüklər üçün vacib olan vitamin və minerallarla zəngindir. Gavalı bioaktiv sümük əmələ gəlməsində rol oynayan polifenolları ehtiva edir.