Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Leonardo Di Kaprionun “Lamborghini”si satılır

Tarix :
Leonardo Di Kaprionun “Lamborghini”si satılır

Leonardo Di Kaprionun “Uoll-Stritdən olan canavar” filmində sürdüyü “Lamborghini” hərraca çıxarılır.
Xarici medianın xəbərinə görə, “Lamborghini Countach 25th Anniversary edition” markalı maşının “RM Sotheby's” hərracında çox baha qiymətə satılacağı gözlənilir. Çünki bu avtomobil öz seriyasının sağ qalmış yeganə ekzemplyarıdır. Avtomobilin ilkin hərrac qiyməti 2 milyon dollardır.
Sözügedən film 2013-cü ildə ekranlara çıxıb və 5 “Oskar” mükafatı alıb. Filmdə Leonardonun tərəf müqabili Marqo Robbit idi.
Qəribədir ki, “Uoll- Stritdən olan canavar” filmi ən çox söyüş işlədilmiş film kimi tarixə düşüb. Filmdə aktyorlar 715 dəfə təhqiramiz ifadələr işlədiblər.