Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda gənc qızın ölümünə səbəb olan sürücü bəraət aldı

Tarix :
Bakıda gənc qızın ölümünə səbəb olan sürücü bəraət aldı

Bakıda gənc qızın ölümünə səbəb olan sürücüyə bəraət verilib.
Bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Yusif Mürsəllinin cinayət işi üzrə hökm elan olunub. Hökmə əsasən, məhkəmə onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək, bəraət hökmü çıxarıb. Məlumatı Y.Mürsəllinin vəkili Əli Hüseynov təsdiq edib.
Qeyd edək ki, hadisə bu il martın 14-də baş verib. Y.Mürsəlli “Mazda CX5” markalı avtomobillə “Gənclik” avtodayanacağının qarşısında qeydə alınıb. Belə ki, hadisə zamanı yolu keçmək istəyən 2000-ci il təvəllüdlü piyada Nəzrin Rüstəmova Y.Mürsəllinin idarə etdiyi maşınla vurulub. Yaralı 10 gün sonra xəstəxanada vəfat edib. Sürücü Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinirdi.