
Türkiyə mətbuatı xəbər verir ki, qorxunc qəzada 25 işçi yaralanıb.
Beləki, qəza saat 08:00 radələrində İzmir-Ankara avtomobil yolunda baş verib.
Hadisə yerinə dərhal polis və sağlamlıq qrupları sövq edilib. Yaralılar təcili yardım maşınları ilə rayon xəstəxanalarına aparılıb. Müalicə olunan yaralıların səhhətinin yaxşı olduğu bildirilib.

