Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bayden bunu "dünyanın 9-cu möcüzəsi" adlandırdı

Tarix :
Bayden bunu "dünyanın 9-cu möcüzəsi" adlandırdı

ABŞ prezidenti Co Bayden çıxışı zamanı ABŞ-ın Böyük Kanyonunu "dünyanın doqquz möcüzəsindən biri" adlandırıb.
Xarici KİV xəbər verir ki, bununla da 80 yaşlı Amerika lideri çıxışında iki dəfə səhv edib. (Böyük Kanyon dünyanın möcüzəsi deyil və dünyanın doqquz yox, cəmi yeddi möcüzəsi var -red.). 
"Böyük Kanyon dünyanın doqquz möcüzəsindən biridir, düşünün, heyrətamizdir. Amerikanın dünyaca məşhur simvolu... Əslində doqquz dedim, amma dünyanın yeddi möcüzəsindən biridir", - Bayden səhvini düzəldib.  
Qeyd edək ki, Bayden yaşına görə tez-tez hər şeyi qarışdırır və unudur. Bununla belə, o, 2024-cü ildə ikinci prezidentlik müddətinə namizəd olmaq niyyətində olduğunu açıqlayıb. Növbəti seçkiyə qədər Baydenin 82 yaşı tamam olacaq.