Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Şuşanın Pənahəli xan küçəsində duyğulu anlar

Tarix :
Şuşanın Pənahəli xan küçəsində duyğulu anlar

Xəbər verdiyimiz kimi, Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslinin İspaniyada yaşayan nümayəndəsi Qulam Əkbərov ailəsi ilə birlikdə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan səfər zamanı Əkbərovlar ailəsinin üzvləri öncə ulu babalarının sarayının qalıqlarını və onun adını daşıyan küçəni ziyarət ediblər.
Ziyarət zamanı duyğulu anlar yaşanıb. Əkbərovlar hisslərini Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı ilə bölüşüblər.