
Koronavirus epidemiyası zamanı populyarlıq qazanan onlayn konfrans proqramı Zoom şirkəti işçilərinə çağırış edib.
Xarici media xəbər verir ki, şirkət istənilən ofisindən 80 kilometr məsafədə olan işçilərə həftədə ən az 2 gün ofisə gəlmələrinin məcburi olduğunu açıqlayıb.
Qurumdan edilən şərhdə bildirilib ki, hibrid iş sistemi işçilər üçün ən səmərəli iş üsuludur və avqust-sentyabr aylarından etibarən yeni sistemin tətbiqinə başlanılacaq. Həmçinin, bu sistemin şirkəti daha yaxşı vəziyyətə salacağı vurğulanıb.
Qeyd edək ki, araşdırmaya görə uzaqdan işləmə sistemi ingilisdilli ölkələrdə daha çox istifadə olunur.
