Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Dünyanın ən məşhur idman ayaqqabı markası o SEÇİLDİ

Tarix :
Dünyanın ən məşhur idman ayaqqabı markası o SEÇİLDİ

Almaniyanın bazar araşdırmaları və istehlakçı davranışları üzrə “Statista” şirkətinin mütəxəssisləri dünyanın ən məşhur idman ayaqqabısı brendlərinin adını açıqlayıblar.
Müvafiq məlumatlar eyni adlı internet saytında dərc olunub.
Bu siyahıya qlobal bazarda payı 18 faiz təşkil edən "Nike" brendinin məhsulları başçılıq edir. Analitiklərin fikrincə, "Nike"a məxsus olan "Jordan" (11 faiz) və "Converse" (4 faiz) brendləri də ikinci yeri tutublar.
Eyni zamanda, "Adidas" krossovkaları üçüncü yeri (9 faiz), "Skechers" və "Vans" isə dördüncü yeri (hər biri 7 faiz) bölüşdürüb. "Moonstar" altıncı yerdə (5 faiz), "New Balance" isə "Converse" ilə birlikdə yeddinci yerdə idi.
İdman ayaqqabısı bazarı hazırda 75 milyard dollar dəyərində qiymətləndirilir. Eyni zamanda, illik satışların 2028-ci ilə qədər təxminən 100 milyard dollara çatacağı gözlənilir.