Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda DƏHŞƏT: 2 azyaşlı qardaş siçan dərmanını "Jelibon" bilərək yedilər - Hər ikisi öldü

Tarix :
Bakıda DƏHŞƏT: 2 azyaşlı qardaş siçan dərmanını "Jelibon" bilərək yedilər - Hər ikisi öldü

Bakıda dəhşətli hadisə baş verib.
 
Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək vəfat ediblər. Hadisə baş verən evin qonşuları saytımıza bildirib ki, 5 yaşlı şərti adı E.Ə və 3 yaşlı şərti adı O.Ə olan uşaqlar səhvən siçan dərmanını “Jelibon” bilərək yeyiblər. Sonra hər iki qardaş birdən yerə yıxılaraq vəfat ediblər.
Şahidlərin sözlərinə görə, ailənin iki uşaqdan başqa övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş. Dərmanın daxili orqanları parçalamaq xüsusiyyəti var.