Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ABŞ-də evlərdən oğurluq edən ayı "saxlanıldı"

Tarix :
ABŞ-də evlərdən oğurluq edən ayı "saxlanıldı"

ABŞ-ın Kaliforniya ştatında Hank-Tank adlı qara ayı və onun üç balası "saxlanılıb".
"New York Daily News" xəbər verir ki, buna səbəb ayıların evlərdən qida oğurlamaları olub.  
Kaliforniya Vəhşi Təbiət və Balıqçılıq Departamentinin məlumatına görə, ayı ən azı 21 evə basqın və şəxsi mülkiyyətə ciddi ziyan vurmaqda məsuliyyət daşıyır. 
Hank-Tank ilə onun üç balasını tutulublar. Onlar vəhşi təbiətin bərpası mərkəzinə yerləşdiriliblər.